SuperAxtarış

     

SuperBazar'a Giriş

 User:    Parol:   

Pulsuz qeydiyyatdan keçin!               Şifrəmi unutmuşam

Ümumi Şərtlər

SuperBazar.az'a xoş gəlmisiniz!

İnternet səhifəmizə daxil olduğunuza görə təşəkkür edirik! SuperBazar.az alıcıları və satıcıları bir araya gətirən ticarət platformasıdır. Bu səbəbdən SuperBazar.az maraqlı tərəfləri qovuşdurur, lakin faktiki ticarət prosesinə müdaxilə etmir. Aşağıda göstərilmiş Ümumi Şərtlər özümüzü və SuperBazar.az saytının istifadəçilərini arzuolunmaz hallardan qorumaq məqsədilə tərtib olunmuşdur. Bu Ümumi Şərtləri diqqətlə oxumağınızı xahiş edirik.

SuperBazar.az saytında elan yerləşdirilməsi

SuperBazar.az saytı vasitəsilə elan yerləşdirmək tamamilə pulsuzdur. Hal-hazırda biz bu xidmət üçün heç bir ödəniş tələb etmirik, lakin buna baxmayaraq, gələcəkdə istənilən zaman müəyyən ödənişlər tələb etmək hüququmuz vardır. Digər istifadəçilərin sizin yerləşdirdiyiniz elan ilə əlaqədar sizə müraciət edə bilməsi üçün öz elektron poçt ünvanınızı və/və ya telefon nömrənizi göstərməyiniz vacibdir.

Siz əmin ola bilərsiniz ki, SuperBazar.az sizin göstərdiyiniz şəxsi məlumatın üçüncü tərəflərə çatmaması üçün bütün təhlükəsizlik tədbirlərini görəcəkdir. Elan yerləşdirəndən sonra (sistemdən sui-istifadə hallarının qarşısını almaq məqsədilə) sizin İP ünvanınız bizim sistemdə saxlanılacaqdır.

Qadağalar

  • anuna zidd olan və ya SuperBazar.az saytının Ümumi Şərtləri ilə yerləşdirilməsi icazə verilməyən xidmətlərin elan edilməsi.
  • Rəqabət qabiliyyətli digər internet səhifələrinə birbaşa və ya dolayı əlaqəsi olan elanların yerləşdirilməsi.
  • Hər hansı bir şirkəti birbaşa və ya dolayı yolla reklam/təbliğ edən pulsuz elanların yerləşdirilməsinə icazə verilmir. Müvafiq məhsul və ya xidmətləri əks etdirən pulsuz elanlarda həmin məhsul və xidmətləri təklif edən şirkətlərin əlaqə məlumatı qeyd edilməlidir.
  • Üzərində digər tərəfin müəllif hüquqları və/və ya portret hüquqları əks olunmuş şəkillərlə birgə elanların təklif edilməsi, sifariş edilməsi və ya yerləşdirilməsi. Üçüncü tərəflərin mətnləri və/və ya fotoşəkilləri qanuni sahibin dəqiq icazəsi olmadan olmadan istifadə oluna bilməz.
  • Elan etdiyiniz məhsulların istehsalçısının adından başqa, digər şirkətlərin qorunan adlarından və nişanlarından istifadəyə icazə verilmir.
  • Elan verdiyiniz məhsulun həqiqiliyi və ya qanuniliyi ilə əlaqədar olaraq, bu elan artıq veriləndən sonra ondan imtina etməyə icazə verilmir. Elan verən şəxslər elanlarını SuperBazar.az saytında yerləşdirməzdən öncə həmin elanların qanuniliyinə və həqiqiliyinə əmin olmalıdırlar. Bununla əlaqədar şübhəniz olarsa, həmin elanı bizim saytda yerləşdirmək təklifini verməməyiniz xahiş olunur.

Elanın dəyişdirilməsi / silinməsi

Siz elanınızı bizim saytda yerləşdirəndən dərhal sonra elektron poçt vasitəsilə sizə təsdiq məktubu gələcək- buna görə elektron poçt ünvanınızın düzgün qeyd edildiyinə əmin olun. Bizim sizin elektron poçt ünvanına göndərdiyimiz məktubdakı linki basmaqla siz öz elanınızı istədiyiniz zaman dəyişdirə və ya silə bilərsiniz. Elanın məzmununu dəyişdirmək üçün həmin məktubda ayrıca link göstərilmişdir. Elanı dəyişdirmək və ya silmək tamamilə pulsuzdur. Siz bu əməliyyatları "Mənim SuperBazarım"a daxil olaraq da həyata keçirə bilərsiniz.

Elanın müddəti

Prinsip etibarilə, sizin elanınız təxminən 90 gündən sonra avtomatik olaraq silinəcəkdir. Lakin, müddət başa çatmazdan 3 gün əvvəl sizin elektron poçt ünvanınıza məktub göndəriləcək- bu məktubdakı linkə daxil olaraq siz elanınızı növbəti 90 gün müddətinə saytımızda yerləşdirə bilərsiniz. Siz linki basmasanız (məsələn, məhsul artıq satılıbsa), həmin elan avtomatik olaraq silinəcək- bu barədə sizə həmçinin ayrıca elektron məktub göndəriləcəkdir.

Şirkət elanları

Bu Ümumi Şərtlər həmçinin qeydiyyatdan keçmiş şirkətlərə də aiddir. Şirkətlərin yerləşdirmək istədikləri elanlar mətn və ya əlavə görüntüləri əks etdirmədən yalnız bir nişandan (şəkildən) da ibarət ola bilər (təbliğat məqsədilə). Bu halda şirkət "banner"lərdən istifadə edə bilər. Bu bannerlərin yerləşdirilməsi ödənişlidir. Daha ətraflı məlumat üçün "SuperBazar.az saytında reklam xarakterli elanlar" bölməsinə müraciət edin.

SuperBazar.az saytında reklam xarakterli elanlar

SuperBazar.az "Full Option Trading Company" (FOTC) şirkətinin ticarət nişanıdır. Sizin şirkətinizin banneri (yalnız sizin sorğunuz əsasında) saytda yerləşdirilən kimi FOTC (əvvəldən razılaşdırılmış şərtlər əsasında) sizə hesab-faktura göndərəcəkdir. Prinsip etibarilə sizin banneriniz SuperBazar.az saytında qaldığı müddət ərzində siz hər ay bizdən hesab-faktura alacaqsınız. Müqavilə sizin banneriniz yerləşdirilən andan etibarən qüvvəyə minəcək və müqavilədə göstərilən müddət bitənədək və ya sizin tərəfinizdən yazılı şəkildə bannerin silinməsi sorğusu olana qədər qüvvədə qalacaq. Siz şirkət kimi qeydiyyatdan keçməmisinizsə, hesab-faktura sizin elan saytda yerləşdirilməzdən əvvəl sizə göndəriləcək.

SuperBazar.az yuxarıda qeyd edilmiş müqaviləni istənilən zaman təcili surətdə ləğv etmək, və ya sizin bannerinizi müvəqqəti olaraq silmək hüququna malikdir.

Siz öz ödəniş öhdəliklərinizi müvafiq qaydada SuperBazar.az saytına ödəməyə cavabdehsiniz.

Siz lazımi ödəmə metodundan istifadə edərək bütün ödəniş və müvafiq vergi rüsumlarını vaxtlı şəkildə ödəməyə cavabdehsiniz. Sizin hesabınızın müddəti bitsə və ya ödəmə metodu işləməsə, biz sizin borclu olduğunuz məbləği xüsusi müddətin hüquqi icarəsi də daxil olmaqla digər toplama mexanizmlərindən istifadə edərək əldə edəcəyik.

SuperBazar.az əvvəldən sizinlə razılaşdırılmış məbləği almaq üçün məcburi hüquqi tədbirlər görməli olarsa, bütün əlaqəli xərclər istifadəçi tərəfindən ödəniləcəkdir.

Ümumi qeydlər

Biz xidmət və istifadəçi hesablarını məhdudlaşdıra, müvəqqəti olaraq və ya tamamilə dayandıra, sayta daxil olmağa qadağa qoya, qəbul edilmiş məzmunu silə, müəyyən istifadəçilər problemlər yaradarsa, qanun qarşısında cavab verməli olarlarsa və ya bizim siyasətimizə zidd şəkildə fəaliyyət göstərərsə, onların sayta daxil olmasının qarşısını almaq üçün texniki və hüquqi addımlar ata, habelə digər vasitələrə müraciət edə bilərik. Bizə həmçinin təsdiq olunmamış hesabları bağlamaq hüququ da məxsusdur.

Yekun qeydlər

SuperBazar.az saytına heç bir hüquq kənardan verilə bilməz. SuperBazar.az xəbərdarlıq etmədən istənilən zaman elanları saytdan kənarlaşdıra bilər. Bundan əlavə, biz sizi və ya sizin İP ünvanlarınızı bloka qoymaq hüququna malikik. SuperBazar.az sizin yerləşdirdiyiniz elanların məzmununa görə heç bir cavabdehlik daşımır. İstifadəçi bizi (və bizim ofisləri, direktorları, agentləri, filiallarımızı, birgə müəssissələrimizi və işçilərimizi) hər hansı iddialar və ya tələblərdən, o cümlədən vəkilllik xərclərindən uzaqlaşdıracaqdır. Sistemdə hər hansı səbəbdən müvəqqəti olaraq yaranmış texniki problemlərə görə SuperBazar.az saytına qarşı iddia qaldırıla bilməz.

Şikayətlər

Əgər sizin, yəni istifadəçinin müəyyən elanlarla əlaqədar şikayətiniz varsa, xahiş edirik info@superbazar.az elektron poçt ünvanına məktublarınızı yollayasınız. Bu zaman konkret elanın nömrəsinin qeyd etməyiniz xahiş olunur!